Magazin1
Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
Tanınmış müğənni, bu yaxınlarda özünə etdiyi dəbdəbəli toyu, daha sonra isə Xalq artisti Alim Qasımovla bağlı qalmaqallı açıqlaması ilə gündəmə gələn Pünhan Piriyev bu dəfə saz ifaçısı aşıq Mübarizə görə Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edib.
Publika.az xəbər verir ki, "Tik-Tok" platforması üzərindən nazirə açıq müraciət ünvanlayan müğənni öldürüləcəyi ilə hədələndiyini bildirib.
Müğənni Pünhan Piriyev iddia edir ki, onun həyatı təhlükədədir və nazir Vilayət Eyvazovdan təhlükəsizliyinin təmin olunması üçün göstəriş verməsini xahiş edir.
Bildirir ki, el arasında aşıq Mübariz kimi tanınan saz ifaçısı onu Ağcəbədi rayonunun Avşar kəndindən olan dostları tərəfindən öldürüləcəyi ilə hədələyir.
Buna görə də, müğənni Pünhan Piriyev Daxili İşlər naziri Vilayət Eyvazovdan aşıq Mübarizin cinayət məsuliyyətinə cəlb olunması üçün göstəriş verməsini xahiş edir.
Təbii ki, yaşadığımız hüquqi dövlətdə kimisə ölümlə hədələmək məsuliyyət yaradır və yəqin ki, bununla bağlı müvafiq ölçü götürüləcək. Amma cəmiyyətə nümunə sayılmalı olan iki sənətçinin bu cür qalmaqal yaşaması və bir-birini ölümlə hədələməsi heç də yaxşı hal deyil./konkret.az
-
Yaxın Şərq15:48ABŞ bu məsələdə İrana güzəştə getdi - 9 milyardlıq razılaşma
-
Sosial15:00Dekabrda neçə gün iş olmayacaq?
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ











.jpg)












.jpg)








.jpg)



