Magazin1
Xalq artistinin məktəbli geyimi və hicabla bağlı sözləri gündəm oldu
Orta məktəblərdə vahid geyim tərzi və hicab ətrafında gedən müzakirələr sosial şəbəkələrdə kəskin fikir ayrılıqlarına və qarşılıqlı təhqirlərə səbəb olub.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov Redaktor.az-a açıqlama verərək bu məsələyə münasibət bildirib.
Sənət adamlarının çağırışlarına qoşulan Xalq artisti, sosial şəbəkələrdəki təhqiramiz davranışların yolverilməz olduğunu vurğulayıb:
“Ölkədə bu barədə çox söhbət gedir, sosial şəbəkələrdə insanların bir-birinə düşməncəsinə həqarət etməsini, söyməsini görürük. Bu, heç də yaxşı hal deyil. Biz bir-birimizə qarşı niyə düşmən olmalıyıq?”
Qurban İsmayılov məsələyə həm dini, həm də dövlət qanunvericiliyi nöqteyi-nəzərindən yanaşaraq maraqlı paralellər aparıb:
“Elə bil ki, məscidə gedərkən ayaqqabı ilə daxil ola bilmərik, elə deyilmi? Məscid üçün dinin qəbul olunmuş qaydaları var, ora “şortik”lə girmək olmaz. Eyni ilə, dövlət də öz məktəbi üçün qanun və qərar verib ki, hicabla olmaq olmaz. Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib. Bizim bilmədiyimiz məqamlar ola bilər”.
Aktyor məsələnin sadə və qarşılıqlı anlayış çərçivəsində həll oluna biləcəyini qeyd edib:
“Uşaq məktəbin qapısına qədər hicabla gələ bilər, daxil olarkən hicabını çıxarıb çantasına qoyar, dərsinə girər. Çıxanda isə təzədən hicabını bağlayıb gedər. Burada böyütməli bir problem yoxdur. Mən belə başa düşürəm ki, bu məsələyə görə insanların bir-birinə düşmən kəsilməsinə heç bir ehtiyac yoxdur”.
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 8 Noyabr 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər








.png)


.jpg)























.jpg)


