Magazin1
Rəqsanə Suellə bağlı planını açıqladı: Pilot olmağı üçün Moskvaya göndərəcəm - VİDEO
Həbsdə olan prodüser Təranə Səmədovanın qızı Suellə müğənni Rəqsanə İsmayılovanın görüntüləri diqqət çəkib.
Publika.az xəbər verir ki, ifaçı Suel haqqında danışaraq ona təriflər yağdırıb və gələcəyi ilə bağlı planlarını açıqlayıb. Rəqsanə Sueli öz qızı kimi qəbul etdiklərini və onun yanında olmağa söz verdiyini bildirib.
"Sueli öz qızım kimi qəbul etmişik. Demişəm ki, ərə gedənə kimi yanındayam. Ona sadiq olmuşam. Artıq böyüyüb, bu il məktəbi bitirir. Suel təyyarə pilotu olacaq. Onun Moskvada oxuması üçün araşdırma aparıram. Onu orada oxumağa göndərəcəyəm", - deyə müğənni bildirib.
Rəqsanə İsmayılova Suelin ailəsi ilə münasibətlərindən də danışıb. O, gənc qızın bacısı ilə əlaqə saxladığını, onunla görüşdüyünü və anası ilə danışdığını qeyd edib.
İfaçı Suelin həm ağıllı, həm də savadlı olduğunu vurğulayaraq əlavə edib: "Məktəbdə başına and içirlər. Çox savadlı və ağıllıdır. Beş ildir bir yerdə qalırıq".
Rəqsanə İsmayılovanın Suelə dəstəyi və onun gələcəyi ilə bağlı açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.(Milli.Az)
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 8 Noyabr 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər








.png)


.jpg)























.jpg)


