Magazin1
Günel Ebru Gündeşlə yaşadığı gərginlikdən danışdı - Yolumu kəsdi
Müğənni Günel Zeynalova Türkiyədə uzun müddət küsülü olduğu həmkarı Ebru Gündeşlə münasibətləri barədə danışıb.
Publika.az xəbər verir ki, ifaçı bu mövzuya "Sevilən səhər" verilişində aydınlıq gətirib. Aparıcı İsa Şükürovun Ebru Gündeşin nüfuzundan istifadə edərək onun karyerasına mane olduğu barədə sualını cavablandıran Günel həmin dövrdə qısqanclıqla üzləşdiyini bildirib.
"Mənim önüm kəsildi, haqqımda yanlış xəbərlər verildi. Maqazin aləmində sifarişlə nələrsə edildi. Amma məni sevən, arxamda duran dürüst insanlar da oldu. Düz yol gec-tez özünü tapır.
Orada mütləq qısqanclıq var idi. Hansısa bir məclisdə azərbaycanlı deyəndə ilk Günel yada düşürdü. Bir şey olanda deyirdilər ki, onu çağırmayın. Bu, hər yerdə var.
Bir insanın səsini, geyimini qısqanan olmamışam. Pis görünəndə belə demişəm ki, gözəlsən. Bu, onu ruhlandıra bilər.
Bütün qadağalar, küskünlüklər bitib. Məni xalq, qapalı qadınlar sevir, mənə "evimizin qızı" deyirlər. Bu, mənim üçün çox dəyərlidir. Bağışladım, ondan halallıq da istəyirəm", - deyə müğənni bildirib.
Qeyd edək ki, Günel Zeynalova iş adamı Reza Zərrabla nişanlı olduğu dövrdə onun Ebru Gündeşlə münasibət yaşaması barədə məlumatlar yayılmışdı. Reza Zərrab və Ebru Gündeş uzun illər evli olublar, daha sonra boşanıblar. Cütlüyün bu nikahdan Alara adlı qızı var.(Milli.Az)
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 8 Noyabr 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər








.png)


.jpg)









.jpg)













.jpg)


