Magazin1
Övladlarımın təhsilinə xüsusi önəm veririk - İradə İbrahimova
Müğənni İradə İbrahimova övladlarının təhsili və gələcək planları barədə danışıb.
Publika.az xəbər verir ki, sənətçi bu haqda “Qonaqcanlı” proqramında bəhs edib. O, övladlarının təhsilinə məsuliyyətlə yanaşdıqlarını bildirib.
“Övladlarıma təhsillə bağlı məsuliyyəti ötürə bilmişəm. Təhsillərinə ciddi yanaşırlar. Qızımın 16 yaşı var, ağıllı uşaqdır. Gözüm heç arxada deyil. Həyat yoldaşım da bu yolda mənə dəstək olur, mənəvi cəhətdən əlimdən tutur. Uşaqlar nənə və babalarının nəzarətindədir. Mən olmayanda da həyat öz axarında davam edir. Uşaqlar məktəbə gedir, evdə yeməkləri hazırlanır, dərslərini oxuyurlar.
İpəyin musiqiyə marağı var. Özünə deyirəm ki, musiqi yolunda davam edək, amma razılaşmır. O, həkim olmaq istəyir. Piano çalır, müəllim olmaq üçün sertifikat almağa hazırlaşır.
Bizdə markalara, geyimə, gəzməyə yox, təhsilə pul xərclənir. Uşaqlara deyirəm ki, atalarının imkanı olduğu müddətdə təhsilləri üçün bundan istifadə etsinlər. Geyim, brend gəldi-gedərdir. Bizdə ən çox pul təhsilə gedir”, – deyə müğənni qeyd edib.(Axşam.az)
-
Sosial19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?











.png)

.jpg)

.jpg)

.jpg)



















