Magazin1
Nigar Camaldan məktəbli forması ilə bağlı paylaşım - Milləti bölmək olmaz
“Avroviziya 2011” qalibi Nigar Camal vahid məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib.
Publika.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək insanları təxribatlara uymamağa və milli birliyi qorumağa çağırıb. Nigar qeyd edib ki, vahid məktəbli forması dini inancın əldən alınması demək deyil:
“Dövlətin tətbiq etdiyi vahid məktəbli geyimi ilə bağlı qaydaları başqa yerlərə yozub, milləti iki hissəyə bölmək olmaz. Təxribatlara, başqa ölkələrin daxili siyasətimizə qarışmağına icazə verməyin. Biz Vətən müharibəsini birliyimizlə qazandıq, bu bütövlüyə zərər vurmayın. Çünki vahid məktəbli forması sizin dininizi, inancınızı əlinizdən almır, əziz balalar, əziz təhsil işçiləri... Yenə ibadət edin, yenə Allahınızı tanıyın. Amma Vətəninizi hansısa şəriət ölkəsinin siyasi təxribatına qurban verməyin.
Ona görə ki, qız uşaqlarını məktəbin qapısında saxlayan dövlət yox, öz prinsipləri uğrunda azyaşlı uşaqlarına hicab bağladan valideynlərdir. Onlara təzyiq göstərən ana-atalardır. Həssas nöqtənizdən faydalanan şəxslərin təxribatına uymayın.
Aydın və parlaq gələcək üçün vahid məktəbli formasını sona qədər dəstəkləyirik! Dövlətimizin və Prezidentimizin yanındayıq!
Ölkəsini, Vətənini sevən hər bir sənət yoldaşım bu çağırışa qoşulmalıdır”.(Axşam.az)
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 8 Noyabr 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər








.png)


.jpg)









.jpg)













.jpg)


