Magazin1
Təranə Qumral Könül Kərimovaya şərt qoydu: Doğum günümə gəlməsə...
Müğənni Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 il davam edən küsülülüyün necə sona çatmasından danışıb.
Publika.az xəbər verir ki, “Sevilən səhər” verilişində qonaq olan ifaçı həmkarı ilə məclislərin birində barışdığını bildirib:
“Biz bir məclisdə idik. Könül xanım da ora dəvət olunmuşdu. Biz orada idik, Könül xanım da gəldi. Orada öpüşdük, görüşdük. Özü də dedi ki, 30 illik söhbət burada bitdi. Əslində, aramızda elə bir söhbət olmayıb. Biz başqaları kimi bir-birimizi söyməmişik. Mən hər verilişdə deyirdim ki, heç kimdən küsülü deyiləm. Həmişə demişəm, indi də deyirəm, mənə dəyməyən ilan 100 il yaşasın. Çünki mən hamını çox istəyirəm, hamı ilə mehribanam, gülərüzəm, çox səmimiyəm.
Etiraf edim ki, onunla çox səmimi barışdım. İkimiz də səmimi idik. O gəldi, ayağa qalxdıq, görüşdük. Demək istəyirəm ki, mən barışıramsa, bunu içdən edirəm. Könül xanımı doğum günümə dəvət etmişəm. Görək, o da ürəkdən, yoxsa yalandan barışıb.Gəlməsə, demək ki, yalandan barışıb.
Məsələn, oğluna toy etsə, sevə-sevə gedərəm. Mən onunla içdən barışmışmışam".
Qeyd edək ki, Təranə ilə Könül illərdir küsülü idi. Bir neçə il əvvəl isə Təranə Könülün yer aldığı verilişdə qəfildən studiyaya girərək, yalandan telefonunu orada unutduğunu deyib. Kərimova isə həmin an studiyanı tərk etmək istədiyini söyləyib. K.Kərimova daha sonra sosial şəbəkədə onu qınayanlara "Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır" cavabını verib. (Axşam.az)
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı






.jpg)




.jpg)

























