Magazin1
Aygün Kazımovadan çağırış: Ayıq olmalıyıq!
Məktəbli forması ilə bağlı müzakirələrə Xalq artisti Aygün Kazımova da münasibət bildirib. Pop diva vahid geyim qaydalarının dini inanclara qarşı addım kimi təqdim edilməsinə etiraz edib. O, uşaqların təhsilinin siyasi maraqlara alət edilməməsinin və cəmiyyətdə birliyin qorunmasının vacibliyini vurğulayıb.
Publika.az xəbər verir ki, Aygün Kazımova bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə hər kəsin inancına, düşüncəsinə hörmətlə yanaşılır. Eyni zamanda, dövlətimizin qanunlarına və müəyyən edilmiş qaydalara riayət etmək hər birimizin vətəndaş borcudur”.
Xalq artisti qeyd edib ki, məktəblərdə vahid geyim qaydalarını dini inanclara qarşı addım kimi təqdim etmək, bu məsələ üzərindən cəmiyyətdə qarşıdurma yaratmaq yolverilməzdir.
“Məktəblərdə vahid geyim qaydalarını dini inanclara qarşı addım kimi təqdim etmək, bu məsələ üzərindən cəmiyyətdə qarşıdurma yaratmaq yolverilməzdir.
Uşaqlarımızın təhsili heç bir siyasi marağın və təxribatın vasitəsinə çevrilməməlidir.
Vətən müharibəsində həmrəyliyimiz və dövlətimizə bağlılığımızla nümunə olduq. Bu gün də həmin birliyi qorumaq hər birimizin borcudur.Uşaqlarımıza verəcəyimiz sağlam gələcək, dövlətimizin bütövlüyü və birliyimizlə nümunə olaq”.(“Yeni Sabah”)
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 8 Noyabr 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər








.png)


.jpg)









.jpg)













.jpg)


