Magazin1
Rəqsanədən məktəbli forması ilə bağlı çağırış - VİDEO
Müğənni Rəqsanə İsmayılova vahid məktəbli formasının tətbiqinə dəstək verib.
Publika.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək valideynləri dövlətin qərarlarına dəstək olmağa və məktəbli forması qaydalarına riayət etməyə çağırıb.
“Əziz xalqım, dəyərli bacı və qardaşlarım!
Bizlər tolerantlığın və demokratiyanın hökm sürdüyü güclü bir ölkənin vətəndaşlarıyıq. Bu sarsılmaz birliyi, dövlətçilik ənənələrimizi qorumaq və hər zaman dövlətimizin yanında olmaq hər birimizin ən ali borcudur.
Valideynlər olaraq həyatdakı ən böyük qayəmiz övladlarımızın sağlam, təhlükəsiz və keyfiyyətli təhsil mühitində böyüməsidir. Onların nurlu gələcəyi naminə dövlətimizin atdığı hər bir addımı dəstəkləməli, qəbul edilən qanunların tətbiqində sarsılmaz həmrəylik nümayiş etdirməliyik. Təhsildə bərabərliyin və nizam-intizamın ən gözəl rəmzi olan vahid məktəb geyimi qaydası da məhz bu məqsədə xidmət edir”.
İfaçı bildirib ki, vahid forma şagirdlər arasında sosial fərqliliyi aradan qaldıraraq, onların diqqətini təhsilə, inkişafa və yoldaşlığa yönəltməsinə şərait yaradır.
“Bizlər qanunlarımıza dərin ehtiramla yanaşaraq bu qaydalara hamılıqla riayət etməliyik.
Gəlin bir olaq, dövlətimizin qərarlarına dəstək verək. Unutmayaq ki, qüdrətli dövlət və övladlarımızın firavan gələcəyi məhz bizim birliyimizdən və qanunlara olan hörmətimizdən başlayır!”(“Yeni Sabah”)
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 8 Noyabr 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər








.png)


.jpg)









.jpg)













.jpg)


