"O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir" - Lalə Məmmədova
Bizi izləyin

Magazin1

"O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir" - Lalə Məmmədova

"O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova boşanma ərəfəsində yaşadığı çətin günlərdən, övladlarından və şəxsi həyatından danışıb.

Publika.az xəbər verir ki, müğənni bu barədə "Fruktoviy çay" yutub layihəsində açıqlama verib. Sənətçi boşanma ərəfəsində həyatının ağır dövrünü yaşadığını bildirib:

"Boşanma ərəfəsi başqa idi. Bir gülləm qalmışdı, ya onu özümə atmalı, ya da həyata vurmalı idim. Peşman deyildim. Həyatın bir mərhələsindən digərinə yağ-bal ilə keçmirik. Yeni Lalə doğuldu, ikinci dəfə ana oldum. Çətinliklər var idi".

L.Məmmədova övladlarının atası ilə münasibətlərə də toxunub. O, valideyn məsuliyyətinin hər kəsdə eyni olmadığını vurğulayıb:

"Tez-tez soruşurlar ki, ataları uşaqlarla maraqlanır, maddi dəstək olur? Valideynlik məsuliyyətdir. Hər valideyn ata, ana ola bilməz. Biz zorla kişinin boynuna qoyuruq ki, məsuliyyətli olmalıdır, ailə başçısı, ər, ata olmalıdır, nümunəvi olmalıdır. İnsan istəmir, atalıq hissindən məhrumdur. Valideyn olub, amma ata olmayıb. Onu buraxdıq. Övladlarımın hər saatından xəbərdar olmaq istəyirəm. Mənə analıq hissi verilib, qarşımdakı insana bunu zorla verə bilmərəm".

Müğənni yenidən ailə qurmaq məsələsindən də danışıb. Onun sözlərinə görə, övladları ikinci dəfə ailə qurmasını çox istəyirlər. Ətrafında ciddi münasibət qurmaq istəyən insanlar olsa da, sənətçi bu barədə qərar verməkdə tərəddüd edib.

Məmmədova sənət və ailə həyatını bir arada aparmağın çətin olduğunu da deyib. O, səhnəyə hər dəfə çıxanda həyəcan keçirdiyini və tamaşaçının qarşısında özünü daim sübut etməli olduğunu bildirib.

"20 il əvvəl özünü sübut etməyə çalışırdın, indi də eyni vəziyyətdir. Mahnını yaxşı oxumadınsa, sən yaxşı müğənni deyilsən. Tamaşaçı çox qəddardır" deyə, sənətçi qeyd edib.

Övladları ilə münasibətindən danışan müğənni onların özünün fanatı olduğunu söyləyib. İfaçı uşaqlarla keyfiyyətli vaxt keçirməyin vacibliyini vurğulayıb:

"Uşaqlarım mənim fanatımdır. Uşaq anasını görməsə, darıxar. Təsəvvür edin, bir həftə evdə yoxam. Bu, uşaq üçün travmadır. Bütün yaradıcı insanların uşaqlarının travması var, analarını görmürlər. Bütün günü yanında olmaq sevmək demək deyil. İki-üç saat onlara elə xatirə yaşadaram ki, xoşbəxt olarlar. Övladlarımla keyfiyyətli zaman keçirirəm".

Qeyd edək ki, müğənni keçmiş həyat yoldaşı İlham Qafarovla 2013-cü ildə ayrılıb. (Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm