Magazin1
Mən heç vaxt o tərbiyəsizliyi etmərəm - Türkan Vəlizadə
Müğənni Türkan Vəlizadə həmkarı Rəqsanə İsmayılovanın mahnı məsələsi ilə bağlı fikirlərinə münasibət bildirib.
Publika.az xəbər verir ki, sənətçi "Sevilən səhər" verilişində qonaq olarkən Rəqsanə xanıma böyük hörmət bəslədiyini deyib. O, illər əvvəl bağlandığını düşündüyü məsələnin yenidən gündəmə gətirilməsini anlamadığını bildirib.
Türkan qeyd edib ki, Rəqsanənin mahnısını popuri şəklində hazırlayaraq "YouTube" platformasında yayımlayıb və bunun üçün bəstəkar Hikmət Aslanovdan icazə alıb. Müğənninin sözlərinə görə, Aysun Rəqsanənin əlaqə nömrəsini əldə edərək onunla danışıb və mahnını ifa etməsinə razılıq verildiyini bildirib.
"Halallıq məsələsinə gəlincə, bu günə qədər heç kimin mahnısını icazəsiz oxumamışam. Mən heç vaxt o tərbiyəsizliyi etmərəm", - deyə Türkan vurğulayıb.
O, öz mahnılarının da başqa sənətçilər tərəfindən popurilərdə ifa edildiyini xatırladıb. Bəzi sənətkarların isə mahnılarının icazəsiz belə səsləndirilməsinə etiraz etmədiklərini söyləyib.
Türkan Vəlizadənin açıqlaması şou-biznesdə mahnı hüquqları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. (Milli.az)
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO







.jpg)































