Səmra Hüseynova şoka düşdü: TikTok-a görə 1000 manat borcu çıxdı
Bizi izləyin

Magazin1

Səmra Hüseynova şoka düşdü: TikTok-a görə 1000 manat borcu çıxdı

Səmra Hüseynova şoka düşdü: TikTok-a görə 1000 manat borcu çıxdı

Model Səmra Hüseynova TikTok fəaliyyətinə görə ona gəlir vergisi borcu hesablanmasından narazılığını bildirib.

Publika.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək Vergi Xidmətindən məsələyə aydınlıq gətirilməsini istəyib. Səmra bildirib ki, son bir il altı aydır Sumqayıtda sadələşdirilmiş vergi ödəyicisi kimi hesabat verir. Lakin indi ona gəlir vergisi ilə bağlı borc hesablanıb.

Model üç il əvvəl də eyni problemlə üzləşdiyini və borcun silindiyini qeyd edib. O, vergi növünün dəyişdirilməsinin səbəbini anlamadığını vurğulayıb:

“Əgər vergi idarəsi mənə sadələşdirilmiş vergi tətbiq edirsə, niyə gəlir vergisi ilə bağlı məktub göndərir? Üç il əvvəl belə problem yaşadım, borcu sildilər. İndi eyni hal yenə təkrarlanır. Yoruldum artıq. Özləri təyin edir, sonra özləri dəyişirlər. Bu, nə dərəcədə düzgündür?

TikTok necə gəlir vergisinə cəlb oluna bilər? Ora hər ay gəlir gətirən platforma deyil. Bəzən qazanc olur, bəzən olmur. Deyirlər ki, xaricdən gəlir əldə edirəm. Bu, sosial şəbəkədirsə, izləyicilərim azərbaycanlıdırsa və Azərbaycan dilində yayımlar edirəmsə, niyə bu gəlir xarici gəlir sayılır?

Mən sadəcə açıqlama gözləyirəm. Əgər sizin idarənizdə hesabat aparmışamsa, niyə bu vəziyyətə düşməliyəm?”

Səmra əlavə edib ki, borc min manat hesablanıb.(Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm