Magazin1
“Yasda oturub gülməli söhbət edir, nömrə istəyirlər“ - Meyxanaçıdan etiraz
Meyxanaçı Ağamirzə Məmmədov ölümündən sonra onun üçün ehsan süfrəsi açılmasını istəmədiyini bildirib.
Publika.az xəbər verir ki, sənətçi bu barədə “Ev adamı” yutub layihəsində danışıb. Ağamirzə qeyd edib ki, vəfatından sonra yaxınlarının ehsan verməsini və insanların bunun üçün əziyyət çəkməsini arzulamır. O, yas mərasimlərinin qısa keçirilməsinin, insanların uzun müddət bir yerdə oturmamasının tərəfdarı olduğunu deyib.
Meyxanaçı xüsusilə uzaq rayonlardan yas mərasimlərinə gələn insanların yolda saatlarla vaxt itirməsinə diqqət çəkib. O, çoxsaylı insanın qəbiristanlığa aparılmasının nəqliyyatda sıxlıq yaratdığını, bununla da dərsə gedənlərin, işdən qayıdanların və təcili yardım maşınlarının hərəkətinə maneə törədildiyini vurğulayıb.
“Bir stəkan çay oldu, bəsdir. Gəl, Allah rəhmət eləsin de, 15-20 dəqiqə, lap yarım saat otur, çıx. Niyə burada oturursan? Yığıb camaatı qəbiristanlığa aparmayın. 300 nəfər aparmayın qəbiristanlığa. Xahiş edirəm sizdən.
Filan rayondan 4 saat bura gələcək, 3 saat oturacaq, 4 saat geri qayıdacaq. Vallah, bunlar lazım deyil. Namaz qılın, günahımın bağışlanmasını istəyin. Gəlib otururb onunla gülməli söhbət edir, filankəsin nömrəsin istəyir. Yas mərasimində etməyin bunları”. (Axşam.az)
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa25 Oktyabr 16:55Vuçiçin anasına hücum etdilər
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası25 Oktyabr 15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto






_(1).jpg)



.jpg)



.jpg)



















