Magazin1
Xəstələrə iynə vuraraq yatırdıb, təmizlik işçilərinə ürək masajı etdirib - Dəhşətli iddialar
Türkiyənin Yalova şəhərində müğənni Güllünün qızı Tuğyan Ülkem Gülterin vaxtilə tibb bacısı kimi çalışdığı özəl xəstəxanada pasiyentlərlə qeyri-qanuni davranışlara yol verdiyi iddiaları ilə bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “SonDakika” nəşri məlumat yayıb.
Məlumata görə, Gülterin keçmiş nişanlısı Kervan Eminoğlu Yalova Respublika Baş Prokurorluğuna müraciət edərək, bəzi görüntüləri istintaqa təqdim edib. O, Gülterin xəstəxanada işlədiyi dövrdə pasiyentlərə qarşı yolverilməz davranışlar sərgilədiyini iddia edib.
Yalova İl Səhiyyə İdarəsi məsələ ilə bağlı yazılı açıqlama yayıb. Bildirilib ki, özəl tibb müəssisəsində əvvəllər çalışmış əməkdaşın fəaliyyəti ilə əlaqədar səsləndirilən iddialar əsasında məhkəmə və inzibati araşdırmalar başlanılıb. Yoxlamaların davam etdiyi qeyd olunub.
Eminoğlunun prokurorluğa təqdim etdiyi şikayətdə Gülterin gecə saatlarında bəzi xəstələrə yatmaları məqsədilə iynə vurduğu iddia edilir. Həmçinin onun xəstəxanada iş yoldaşı ilə birlikdə halay rəqsi etdiyi bildirilir.
Şikayətdə Gülterin xəstəxananın təmizlik işçilərinə xəstələr üzərində ürək masajı etməyi öyrətdiyi də iddia olunur.
Bundan başqa, onun reanimasiya şöbəsində müalicə alan pasiyentlərlə bağlı qeyri-etik davranışlara yol verdiyi də qeyd olunub.
Müraciətdə reanimasiya şöbəsində vəfat edən bəzi xəstələrin ölüm saatlarının sənədlərdə fərqli göstərildiyi barədə iddiaların da yer aldığı bildirilir.
Məlumata əsasən, Eminoğlu iddialarını təsdiqlədiyini düşündüyü bəzi görüntüləri prokurorluğa təqdim edib.
Hazırda iddialarla bağlı hüquqi və inzibati araşdırmalar davam edir.
Qeyd edək ki, cəstəxanada baş verdiyi iddia olunan hadisələrlə bağlı məlumatlar şikayətçinin irəli sürdüyü iddialardır. Onların təsdiqlənib-təsdiqlənmədiyi aparılan araşdırmaların nəticəsindən asılıdır.
Hüseyn İbadlı
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO



















.jpg)







.jpg)








