“Oqtayın vəfatından sonra daha çox parladı” iddiasına aparıcının cavabı
Bizi izləyin

Magazin1

“Oqtayın vəfatından sonra daha çox parladı” iddiasına aparıcının cavabı

“Oqtayın vəfatından sonra daha çox parladı” iddiasına aparıcının cavabı

Dilarə Əliyeva mərhum əri Oqtay Əliyevin vəfatından sonra həyatındakı dəyişikliklərdən danışıb.

Publika.az axşam.az-a istinadla xəbər verir ki, Əməkdar artist prodüserin ölümündən sonra daha çox parlamasını sosial şəbəkələrlə əsaslandırıb.

O bildirib: "Oqtay Əliyev dünyada olanda 5 aparıcıdan biri idim. Dilarəni ulduz etdi, meydan yaratdı, xalqa tanıtdı. Layihələr, filmlər Oqtayın prodüserliyi ilə ərsəyə gəldi. O vaxt yutub, instaqram, "TikTok" yox idi. İndikindən də çox çalışırdım. İndi isə gördüyün işi min səhifə paylaşır. Camaatın qarşısına çıxırsan və elə düşünürlər ki, daha çox parlayırsan.

Gözəlləşməyə gəlincə, 2015-ci ildə arıqlamışdım, gözəl fotosessiya etmişdim. Sadəcə, instaqrama iki ildir gəlmişəm. Paylaşımlar edirəm”.

Xatırladaq ki, Oqtay Əliyev 2023-cü il martın 22-də baş vermiş ağır avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm