Magazin1
Firuzə İbadovanın qızından sərt reaksiya: Artıq yazıb bizi yaralamayın!
“Sənət yoldaşları anamı qınayır ki, niyə xəstəliyini demirsən. 2014-cü ildə anam insult keçirdi, heç kimə heç nə demədik. Altı ayın içində anam ayağa qalxdı. Hər şeyimiz getdi, amma anam sağaldı. Anam məndən savayı başqa ailəyə də baxıb, bacı-qardaşına kömək edib. Çoxları bunu bilmir”.
Publika.az xəbər verir ki, bu sözləri əməkdar artist Firuzə İbadovanın qızı Hülya “Astar” layihəsində deyib.
Bir müddət əvvəl səhhətində ciddi problem olduğunu açıqlayan F. İbadova sosial şəbəkədə tənqidlərə məruz qalıb. Hülya anasına yazılan mənfi rəylərə reaksiya verib:
“Bizi qınayırlar. Bu dəqiqə təkəm. Anamın həm oğlu, həm qızıyam. Adi zəng gələndə, yazanda deyirəm ki, dua edin, buna ehtiyacım var. Artıq yazıb bizi yaralamayın. Olmaz, etməyin. Haqqımıza girməyin. Biz gəlib qapınızı döyüb nəsə istəyirik? Biz nə vaxt kimdənsə nəsə istəmişik?
Firuzə xanım kimi təmkinli deyiləm, çox aqressivəm. Biz kiməsə demirik ki, ev ver, onu et. Sənət dostları gəlir, onlara belə qıymıram. Deyirlər, qonorar? Bilirsiniz, anam hansı az pula işləyib? Cavanşir Məmmədova deyirdilər ki, niyə az pul verirsən? Deyirdi ki, komandam böyükdür, hamı arasında bölünür. Gücüm buna çatır, istəmir, gəlməsin. Anama düşən həmin az pulla dolanıb.
Biri yazır ki, onun varı idi, sənin yox. O rəhbər olub, anam uşaq oxutdurub, nəvəsini saxlayıb. Anam 2010-cu ildə xəstələnəndə evimizi, mən maşınımı satdım. Zinət əşyalarımızı satdım, iynə-dərmana verdim. Anamı sağaltdıq, əlimizdə heç nə qalmadı. Az pulla kreditə ev götürdük, hər ay az-az ödəyirdik. Pandemiya düşdü və biz ödəyə bilmədik, satdıq. Öz pullarını götürdülər, mənə borcları yoxdur. 30 min pulumuz qaldı, birotaqlı ev aldıq. İki il yaşadıq, sonra satdıq, dolana bilmirdik. Satdığımız evdə kirayədə qaldıq. Oradan da çıxdıq, gəldik bura. Anam 3-5 min pul qazanmayıb. Heç vaxt evimizdə elə pul olmayıb. Paltarı alıb, neçə ay sonra pulunu vermişik”.(Axşam.az)
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






.jpg)















.jpg)



.jpg)











