Aktrisaya “Niyə ərə getmirsən?” sualı verildi - Cavabı diqqət çəkdi
Bizi izləyin

Magazin1

Aktrisaya “Niyə ərə getmirsən?” sualı verildi - Cavabı diqqət çəkdi

Aktrisaya “Niyə ərə getmirsən?” sualı verildi - Cavabı diqqət çəkdi

Aktrisa Zülfiyyə Qurbanova şəxsi həyatı və ailə ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, sənətçi bu barədə “Sevilən səhər” proqramında aparıcı İsa Şükürovun “Niyə subaysan?” sualını cavablandırarkən danışıb.

Aktrisa bildirib ki, bu, həyatın gedişatıdır və hər şey qismətdən asılıdır:

“Hələ subayam. Gedişat belə olub. Mən beş gün sonramıza zəmanət verə bilmərəm. Elə biri ilə rastlaşarsan ki...”

Z.Qurbanova şəxsi həyatla sənəti bir-birinə qarışdırmağın doğru olmadığını vurğulayıb. O, ailənin həyatında hər zaman önəmli yer tutduğunu deyib:

“Qurban vermək deyil, hərənin həyatının bir mərhələsi olur. Qurban vermişəmmi? Verərəm ki? Yalan danışa bilmərəm. Şəxsi həyat, ailə öz yerində. Düşünürəm ki, övlad övladdır, fərqi yoxdur bacınındır, özünündür. Həyatının mərkəzidir. Özəl və şəxsi həyatla sənəti qarışdırmaq olmaz. Ailə mərkəzdədir. Anamdan belə görmüşəm. Bizim üçün ailə önəmli olub. Bir-birinə bağlı olublar. Bizim evdə hamı bir-birinə bağlı olub”.(Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm