Alim Qasımov və Üzeyirin dueti qalmaqal yaratdı - Lalə Məmmədovadan etiraz
Bizi izləyin

Magazin1

Alim Qasımov və Üzeyirin dueti qalmaqal yaratdı - Lalə Məmmədovadan etiraz

Alim Qasımov və Üzeyirin dueti qalmaqal yaratdı - Lalə Məmmədovadan etiraz

Əməkdar artist Lalə Məmmədova Xalq artisti Alim Qasımovla müğənni Üzeyir Mehdizadənin duetini pisləyib.

Publika.az xəbər verir ki, müğənni bu haqda "MTV Maqazin"ə açıqlamasında danışıb. L.Məmmədova sözügedən mövzu ilə bağlı paylaşıma gülmək emojisi qoymasına da münasibət bildirib.

O, həm Alim Qasımovun, həm də Üzeyir Mehdizadənin sevənlərinin ona çoxsaylı mesajlar yazdığını deyib:

“Gülmək emojisi qoydum. Üzeyirin və Alim bəyin sevənləri nələr yazdılar. Siz soruşdunuz ki, nəyə güldüm? Xalq onu ciddi əsərlərlə qəbul edib. Xalqın duyğuları ilə oynamaq olar? Əgər bir sənətkar gözəl əsərlər oxuyaraq xalqın sevgisini, güvənini qazanırsa, xalqın duyğularını yerlə-yeksan etmək olmaz”.(Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm