Magazin1
Xoşqədəm Hidayətqızı nə işlə məşğuldur?
Tanınmış jurnalist və teleaparıcı Xoşqədəm Hidayətqızı son dövrlər fəaliyyəti ilə yenidən diqqət mərkəzinə düşüb. Televiziya layihələri ilə yanaşı, mətbuat və sosial şəbəkələrdəki aktivliyi ilə də gündəmə gələn jurnalistin hazırda hansı işlərlə məşğul olduğu maraq doğurur.
Publika.az xəbər verir ki, müəllifi olduğu “Səni axtarıram” verilişi bağlansa da, Xoşqədəm Hidayətqızı jurnalistikadan tamamilə uzaqlaşmayıb. O, “Üç nöqtə” qəzetinin baş redaktoru kimi fəaliyyətini davam etdirir.
Son günlər Xoşqədəm sosial şəbəkələrdə də xeyli fəallaşıb. Bir neçə gün əvvəl spikerlə qalmaqal yaşayan deputat Aqil Abbasın müdafiəsinə qalxaraq onunla bağlı paylaşımlara şərhlər yazıb.
Ümumiyyətlə, jurnalist "Facebook"da müxtəli mövzulara dair paylaşımlara tez-tez münasibət bildirir. Məsələn,bir neçə gün öncə səhiyyə naziri Anar Bayramovla bağlı bir paylaşımın altında da fikirlərini bölüşüb.
O, şərhində “Bu nazir ancaq yerdəyişmələrlə məşğuldur. Dostlarını vəzifəyə gətirir. Bu yaxınlarda birini təyin etdi” sözlərini yazıb.
Jurnalistin ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə özünəməxsus münasibəti maraqla qarşılanır.(Metbuat.az)
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü
-
Sosial09:33Əməkdar jurnalist vəfat etdi - FOTO
-
Dünya08:12Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var
-
İdman07:47Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video
-
Region07:30Putin Rzayi ilə görün hansı məsələləri müzakirə edib - Səfir detalları açıqladı










.png)


























