Magazin1
Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
Azərbaycan şou-biznesində sənəti, ifası və ekran fəaliyyəti ilə tanınan xanımların şəxsi həyatı da hər zaman ictimaiyyətin maraq dairəsindədir.
Publika.az xəbər verir ki, onların bir qismi ailə həyatı qurmağa tələsmir, bəziləri isə şəxsi münasibətlərini mediadan uzaq saxlamağa üstünlük verir.
Bəs Azərbaycan şou-biznesində ailə həyatı qurmayan məşhur xanımlar kimlərdir?
Günay İbrahimli

Azərbaycan estradasının tanınmış ifaçılarından olan Günay İbrahimli uzun illərdir səhnədədir. Müğənni şəxsi həyatını əsasən diqqət mərkəzindən kənarda saxlamağa çalışır. O, əvvəlki müsahibələrində ailə quracağı şəxsin onu sənəti ilə birlikdə qəbul etməsinin vacibliyini vurğulayıb. Sonrakı açıqlamalarında isə ailə sahibi olmağın arzularından biri olduğunu bildirib.
Aysel Əlizadə

Müğənni Aysel Əlizadə həm Azərbaycanda, həm də Türkiyədə fəaliyyəti ilə tanınıb. İfaçı əvvəllər verdiyi müsahibədə gizli ailə həyatı qurması barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi. O, ailə və övlad sahibi olmağı gözəl hiss kimi qiymətləndirmişdi.
Günel Zeynalova

Azəri qızı Günel kimi tanınan müğənni uzun illərdir Türkiyədə fəaliyyət göstərir. Onun şəxsi həyatı zaman-zaman maqazin gündəminə gəlib. İfaçı əvvəlki münasibətləri və evliliklə bağlı fikirləri barədə açıqlamalar verib. Hazırda ailə həyatı qurmadığı bildirilir.
Hiss

Gənc nəslin sevilən ifaçılarından olan Hiss musiqi fəaliyyəti və fərqli səhnə tərzi ilə diqqət çəkir. Müğənninin şəxsi həyatı ilə bağlı da mediada məlumatlar yayımlanıb. Onun münasibətdə olduğu şəxsin mövcudluğu barədə açıqlamalar olsa da, ailə həyatı qurduğu barədə təsdiqlənmiş məlumat yoxdur.
Türkan Vəlizadə

Müğənni Türkan Vəlizadə də şəxsi həyatı ilə maraq doğuran sənətçilərdəndir. O, müxtəlif televiziya proqramlarında evlilik mövzusuna münasibət bildirib. İfaçı gələcəkdə ailə qurmaq istədiyi insanla bağlı gözləntilərini də bölüşüb.
Səmra Rəhimli

Azərbaycanı 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli siyahıda yer alan digər ifaçıdır. Müğənni beynəlxalq səhnədəki çıxışından sonra daha geniş auditoriya tərəfindən tanınıb. O, əsasən musiqi fəaliyyəti və yaradıcılıq layihələri ilə gündəmə gəlir.(nocomment.az)
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı











.jpg)





.jpg)





.jpg)
















