Məryəm Üzərli Bakıya heyran qaldı: Səni sevirəm! - FOTOLAR
Bizi izləyin

Magazin1

Məryəm Üzərli Bakıya heyran qaldı: Səni sevirəm! - FOTOLAR

Məryəm Üzərli Bakıya heyran qaldı: Səni sevirəm! - FOTOLAR

Xəbər veridiyimiz kimi, “Möhtəşəm yüz il” serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gəlib.

Publika.az xəbər verir ki, aktrisa Bakı səfəri ilə bağlı sosial media hesabında paylaşım edib. O, paytaxtda lentə alınan fotolarına bunları yazıb:

"Bakı, səni sevirəm! Bizi inanılmaz mehribanlıq, sevgi və səmimiyyətlə qarşıladınız. Bu, unudulmaz təcrübə idi! Filmimizi sizinlə birlikdə izləmək və bu xüsusi anları bölüşmək mənim üçün böyük şərəf idi.

Film çəkmək bir şeydir, amma orada olmaq, sizinlə görüşmək, gözlərinizə baxmaq, hisslərinizi bölüşmək və sizinlə yaxından ünsiyyət qurmağa vaxt ayırmaq bütün bu prosesin ən mənalı tərəflərindən biridir. Çünki sonda film yalnız ekranda danışdığımız hekayədən ibarət deyil. Bu, həm də həmin hekayəni bölüşdüyümüz insanlar, iştirak etdiyimiz anlar və birlikdə yaratdığımız xatirələrdir.

Hər şeyi bu qədər gözəl təşkil etdikləri və bizi böyük sevgi ilə qarşıladıqları üçün Azərbaycandakı möhtəşəm komandaya da dərin minnətdarlığımı bildirirəm!”(Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm