Tramp İranla bağlı əməliyyatın detallarını açıqladı - "5 dəqiqəyə sıradan çıxardıq”
Bizi izləyin

Magazin1

Tramp İranla bağlı əməliyyatın detallarını açıqladı - "5 dəqiqəyə sıradan çıxardıq”

Tramp İranla bağlı əməliyyatın detallarını açıqladı - "5 dəqiqəyə sıradan çıxardıq”

ABŞ ordusu İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirərək onları sıradan çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridada jurnalistlərin İranın Qeşm adası yaxınlığında həyata keçirilən zərbələrlə bağlı sualını cavablandırarkən bildirib.

“Biz miqyasına görə kiçik zərbələr endiririk. Onlar müəyyən sayda hava hücumundan müdafiə vasitələri qurmuşdular və biz onları təxminən 15 dəqiqəyə, bəlkə də 5 dəqiqəyə sıradan çıxardıq”, – deyə Tramp qeyd edib.

ABŞ lideri zərbələrin nə vaxt həyata keçirildiyi barədə əlavə məlumat verməyib.

Xatırladaq ki, bundan əvvəl Qəşm adasında partlayış səslərinin eşidildiyi barədə xəbərlər yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm