Magazin1
Günel Hümbətovadan blogerlərə sərt ittiham: Əlinizə kitab alın, dilimizi öyrənin! - VİDEO
ABŞ-a köçən keçmiş aparıcı Günel Hümbətova sosial şəbəkədə rus dilində danışan azərbaycanlı blogerləri tənqid edib.
Publika.az xəbər verir ki, ad çəkməyən Günel bir blogerin rus dilində belə qeyri-səlis danışdığını bildirib. O, bəzi blogerlərin Azərbaycan dilində də düzgün danışmadığını qeyd edib:
“Guya rusdillidirlər, Azərbaycan dilində danışmağa cəhd edirlər. Qeyri-səlis nitqi ilə desən, rus dilində danış, normal danışa bilmirsən. Hansı dildə danışdığı bəşəriyyətə məlum deyil. Bu cür hallara ətim tökülür.
Xarici ölkədə yaşasan, orada doğulsan, Azərbaycan dilində danışmağa cəhd etsən, başadüşülən olar. Təqdir olunar ki, öyrənməyə çalışırsan. Belə blogerlər son vaxtlar qarşıma çox çıxır. Təəccüblənirəm ki, Azərbaycan dilində belə danışmaq dəbdir. Azərbaycanda yaşayırsınız, çörəyini yeyirsiniz, kontent yaradır, pul qazanırsınız, Azərbaycan dilini bu hala salırsınız.
Mən Amerikada yaşayıram, günlərlə Azərbaycan dilində danışmıram. Amma instaqramda nəsə çəkəndə özümü yığıram, məsuliyyət hiss edirəm. Ay blogerlər, əlinizə kitab alın, dilimizi öyrənin. Eybəcər rus dilləri ilə video düzəldirlər. Baxırlar, baxış sayı azdır, Azərbaycan dilində danışırlar. Kitab oxuyun, dilinizi inkişaf etdirin, müəllim tutun. Ağ edirsiniz”.(Axşam.az)
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız






.jpg)



.png)















.jpg)
.jpg)







.jpg)


