“Müğənnicikləri efirdən qovdular, onların yeri “TikTok”dur!”
Bizi izləyin

Magazin1

“Müğənnicikləri efirdən qovdular, onların yeri “TikTok”dur!”

“Müğənnicikləri efirdən qovdular, onların yeri “TikTok”dur!”

Vokal ifaçısı, Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yahyayev efirlərdən uzaqlaşdırılan bəzi müğənnilərlə bağlı sərt açıqlamalar verib.

Publika.az Musavat.com-a istinadən xəbər verir ki, sənətçi “Sevilən səhər” verilişində çıxışı zamanı sponsorlarından, ailə həyatlarından danışan və bayağı mahnılar ifa edən müğənnilərin televiziya efirlərində görünməməsini müsbət qiymətləndirib.

Taleh Yahyayev bildirib ki, həmin ifaçılar efirlərdən öz xoşları ilə çəkilməyiblər, onlar uzaqlaşdırılıblar:

“Sponsorundan, ailələrindən danışanlar efirdən yığışdırıldı. Onlar özləri yığışmayacaqdı, onlar yığışdırıldı. Onların yeri elə sosial platformalardır. Efir məkanı onlarlıq deyil! Efirin öz mədəniyyəti var. O tərzdə ifaçılar və o bayağı mahnılar artıq balansı pozmuşdu. Ona görə də bunlar kəskin şəkildə dayandırıldılar, dayandırılmalı idilər. Yaxşı ki, dayandırdılar, artıq onlar efirlərdə yoxdur.

Onlar pavilyonda, studiyada elə danışırdılar ki, Azərbaycan musiqisinə həqiqətən layiqincə xidmət edən savadlı musiqiçi onların yanında danışmağa utanırdı. Özlərini elə aparırdılar ki, guya hər şeyi bilirlər, qarşılarındakı insan isə söz tapa bilmirdi. Həmin müğənniciklər elə platformalarda fəaliyyət göstərsələr, daha yaxşı olar. Efir mədəniyyəti tamamilə başqa şeydir. Efirdə ədəbli, ərkanlı, sözünü və oturuşunu bilən, düzgün musiqidən, savaddan danışan, düzgün nəsihət verən, iradını düzgün formada çatdıran insanlar olmalıdır. İndi “TikTok”da öz həyat tərzlərini nümayiş etdirən həmin müğənnilər elə orada da fəaliyyətlərini davam etdirsinlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm