Rus müğənni Bakıda azərbaycanlı iş adamı ilə ailə qurdu
Bizi izləyin

Magazin1

Rus müğənni Bakıda azərbaycanlı iş adamı ilə ailə qurdu

Rus müğənni Bakıda azərbaycanlı iş adamı ilə ailə qurdu

Bloqer və müğənni Qriqori Lepsin keçmiş nişanlısı, 20 yaşlı rusiyalı müğənni və bloger Avrora Kiba Kiba Bakıda azərbaycanlı iş adamı Rüstəm Hacıyevlə ailə qurub.

Publika.az xəbər verir ki, bu barədə "StarHit" nəşriməlumat yayıb.

Bakıda toy mərasimlərinin təşkili ilə məşğul olan şirkətlərin nümayəndələri nikahın bağlandığı dolayı yolla təsdiqləyiblər.

“Biz heç bir paylaşım etmirik. Müştərilərimizin məxfiliyi qorumaq istəyinə hörmətlə yanaşırıq”, – toyun təşkilini həyata keçirən agentliyin paylaşımında bildirilib.

Məlumatlı mənbələrin sözlərinə görə, toy noyabrın 13-də Bakıda yerləşən “Four Seasons” hotelində keçirilmiş ola bilər. Zal pastel tonlarda bəzədilib, ağ və çəhrayı güllərlə süslənib. Bildirilir ki, qonaqlar qarşısında Leonid Aqutin, Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva və Əməkdar artist Abbas Bağırov çıxış ediblər.

Yeni evlənənlər isə bu məlumatı nə təsdiqləyib, nə də təkzib ediblər.

Avrora Kiba 2026-cı il yanvarın 25-də "Telegram" kanalında Qriqori Lepslə münasibətlərinə son qoyduqlarını açıqlayıb. O, birlikdə keçdikləri yolda çoxlu “xoş, isti və gözəl anların” olduğunu vurğulayıb və münasibətlərinin “minnətdarlıq və qarşılıqlı hörmət notları ilə” başa çatdığını bildirib. Kibanın sözlərinə görə, o və Leps yaxın insanlar olaraq qalacaqlar, lakin hər biri öz yolu ilə davam etməyə hazırdır.

Qeyd edək ki, Rüstəm Hacıyev Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm