Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
Bizi izləyin

Magazin1

Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI

Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın ifasının dünyanın məşhur oyunlardan biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilməsi maraq doğurub. Azərbaycan muğamının beynəlxalq platformada belə təqdimatı diqqətçəkən hadisədir. Bəs bu əməkdaşlıq necə baş tutub və sənətkarlarla rəsmi müqavilə imzalanıbmı?

Bununla bağlı Publika.az-a açıqlama verən Xalq artisti Alim Qasımovun meneceri İlkin Robin bildirdi ki, təklif əvvəlcədən müzakirə olunub və tərəflər arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb:

"Təklif 2025-ci ilin iyun ayında olundu. Birgə müzakirədən sonra 2025-ci ilin avqust ayında müqavilə bağlandı. Biz şadıq ki, belə qlobal oyunda Azərbaycan mahnısı, xüsusilə iki sənətkar Alim Qasımov və Fərqanə Qasımovanın birgə dueti səslənir".

Əməkdaşlıq çərçivəsində Alim Qasımov və Fərqanə Qasımovaya qonorar təklif olunubmu? – sualımıza cavabında menecer qeyd etdi ki, söhbət Azərbaycan musiqisinin beynəlxalq səviyyədə təmsil olunmasına xidmət edən bir layihədən gedir: "Bu, əməkdaşlıq layihəsidir, məqsəd ölkə musiqimizi təmsil etməkdir".

Müəllif: Gülnar Süleymanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm