Aygün: “Səsyazma studiyasında səhvlərimi o düzəldir”
Bizi izləyin

Magazin1

Aygün: “Səsyazma studiyasında səhvlərimi o düzəldir”

“O səs Türkiyə” səs yarışmasının finalistlərindən olan azərbaycanlı müğənni Aygün Mikay İsmayılova “Günaydın” verilişinin qonağı olub. Müğənni həmkarı İlhamə Qasımova ilə olan dostluq münasibətindən söhbət açıb.

“Səsyazma studiyasına gedəndə həmişə İlhamə Qasımovanı özümlə aparıram. Bilirsiniz ki, mən İlhamə ilə yaxın rəfiqəyəm. Dinləyir, fikrini deyir, səhvlərimi düzəldir. Dəstəyə ehtiyac var. İlhamə sənətkardır. Mənim də sənətkar dəstəyinə ehtiyacım var”.

Aygün xanım həmçinin bu gün səsi olan müğənnilərimizin barmaqla sayılacaq qədər az olduğunu da bildirib.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Space telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm