Dünya şöhrətli müğənni Bakıya gəlir
Bizi izləyin

Magazin1

Dünya şöhrətli müğənni Bakıya gəlir

Aprelin 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya şöhrətli opera müğənnisi Lado Atanelinin konserti olacaq.

Publika.az-ın məlumatına görə, L.Ataneli 1960-cı ildə Tiflisdə anadan olub. Tiflis Dövlət Konservatoriyasını bitirib.

İspaniya, Almaniya, Avstriya və digər ölkələrdə keçirilən beynəlxalq musiqi müsabiqələrində L.Ataneli dəfələrlə Qran-Priyə və qızıl medallara layiq görülüb.


Müğənni uzun illər boyu “La Skala, “Metropoliten-Opera”, “Kovent Qarden” “Real Teatr” , “Döyçe Opera” teatrları kimi ən nüfuzlu opera səhnələrində, habelə Vyana Dövlət Opera Teatrının səhnəsində, Tokio, San-Fransisko, Vaşinqton və başqa şəhərlərdə çıxış edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm