Elnur Məmmədov: “Sevda Ələkbərzadənin əri Bakıya gələ bilməz”
Bizi izləyin

Magazin1

Elnur Məmmədov: “Sevda Ələkbərzadənin əri Bakıya gələ bilməz”

Müğənni Elnur Məmmədov həmkarı Sevda Ələkbərzadənin ailə münasibətlərindən danışıb. Publika.az xəbər verir ki, ANS telekanalında qonaq olan Elnur Amerikadakı konsertindən danışarkən Sevda Ələkbərzadənin əri ilə görüşünə də toxunub:

“Sevda Ələkbərzadənin əri Azərbaycana köçə bilməz. Çünki o, Amerikada ciddi iş adamıdır. İşini qoyub gələ bilməz. Sevda xanım da Azərbaycanı atıb ora gedə bilməz. Onda vətən sevgisi var. Sevda xanımın yoldaşı Azərbaycana ancaq gedib-gələ bilər”.

Müğənni Amerikadan qayıdarkən gözlənilməz yol yoldaşından da danışıb.

“Amerikaya necə əla əhvali-ruhiyyə ilə getdimsə, qayıdanda əhvalım ikiqat artdı. Canlı əfsanəmiz Zeynəb Xanlarova ilə birlikdə döndük. Elə təyyarədə mənə çoxlu məsləhətlər verdi”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm