Ad günündə Firəngiz Mütəllimovanın sirri faş oldu
Bizi izləyin

Magazin1

Ad günündə Firəngiz Mütəllimovanın sirri faş oldu

Bu gün xalq artisti, sevilən aktrisa, səhnəmizin xallı gözəli Firəngiz Mütəllimovanın doğum günüdür. Biz də onu təbrik etdik. “Xanımdan yaş soruşmazlar” prinsipinə sadiq qalsaq da, o özü yaşını gizlətmədi.

Təəssüratlarını Publika.az-la bölüşən aktrisanın, sən demə, ildə iki dəfə ad günü qeyd olunurmuş: “Əslində mən aprelin 3-də səhər saat 6-da qarlı bir gündə doğulmuşam. Amma sənəddə doğum tarixim mayın 1-i qeyd olunub. Buna görə də ildə iki dəfə ad günü məclisi düzənləyirik. Əvvəl bunu yalnız ailə üzvlərim bilirdi, sonra da bütün Azərbaycan bildi. Səhərdən telefonlarım susmur, bütün Azərbaycan, Türkiyədə olan dostlarım zəng edib xoş sözlər söyləyirlər”.

Yaşlanmaqdan qorxmadığını deyən aktrisa rəqəmlərin onun üçün önəm daşımadığını bildirib: “Əsas odur ki, insanın canı sağ olsun, yaşın ötüb keçməsi adi haldır. Nə fərqi var ki, 25 yaşım tamam oldu, ya da ki, 56 yaşım. Onsuz da ömrü tutub saxlamaq olmur, yaş yaşla əvəzlənəcək. Kim ömrünün sonuna qədər eyni yaşda qalır ki… Allah verən ömrə şükür etmək lazımdır. Heç vaxt yaşla bağlı kompleksim olmayıb”.

Xalq artisti hələ ki, hədiyyə almadığını deyib: “Hədiyyələrimi mayın 1-də alıram -i kinci doğum tariximdə. Heç sən deyən, hədiyyə sevən adam deyiləm. Elə mənə zənglər olsun, sizin kimi gözəl sözlərlə ürəyimi şad eləsinlər, min hədiyyəyə dəyər. Gecə saat 12-də əzizlərimlə birgə yığışdıq, dedik-güldük”.

Maraqlıdır, Firəngiz xanımın indiyə qədər ən yaddaqalan ad günü nə vaxta təsadüf edib?

Aktrisa belə bir unudulmaz günü xatırlamadığını deyib: “Elə bir yaddaqalan ad günüm olmayıb. Amma rəhmətlik Yaşar Nuri sağ olanda həmişə məni ad günümdə təbrik edib, indi onun yoxluğunu hiss edirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm