Magazin1
Fidan Hacıyeva: “Qızım mənə səhnədə sürpriz edəcək”-FOTOLAR
Xalq artisti Fidan Hacıyeva aprelin 19-da Heydər Əliyev Sarayında solo-konsert verəcək. Bununla bağlı sənətçi media mənsublarını başına toplayıb mətbuat konfransı keçirib.
Publika.az-ın məlumatına görə, “Bir bahar axşamı” adlı konsertdə xalq artisti tam fərqli repertuarla çıxış edəcək: “Hər kəs bilir ki, mən keçən ilin aprelində də solo-konsert proqramı ilə sevənlərimi başıma yığmışdım. Amma bu dəfəki konsert keçən ilki konsertdən fərqlənəcək. Ötən konsertdə mən klassik musiqilər və opera tamaşalarında oynadığım partiyaları ifa etmişdim. Amma bu dəfə istədim yeni repertuar olsun. Konsertimdə əsasən mahnılar və romanslar ifa edəcəyəm. Çünki dəyişikliyi, yenilikləri sevən bir sənətçiyəm. İfamda yeni musiqilərimi də eşidəcəksiniz”.
Xalq artisti onu da bildirib ki, konsertin lent yazısı bir çox xarici ölkələrin televiziyaları vasitəsi ilə nümayiş olunacaq. Hazırda bu istiqamətdə danışıqların aparıldığını deyən sənətçi onu da deyib ki, məqsəd Azərbaycan musiqisini dünya arenasında təbliğ etməkdir.
Konsertdə xalq artisti gənc həmkarı Ələsgər Əliyevlə yeni duet də ifa edəcək: “Mən hər zaman gənc həmkarlarıma dəstək olmağı xoşlamışam. Bu dəfə də Ələsgərə dəstək olacağam. Ələsgərin fərqli səs tembri və ifa tərzi var. Bu konsertdə o öz debütünü edəcək”.
Xanım müğənni konsertində geyinəcəyi libaslardan da danışıb:
“Konsertimin adına uyğun geyimlərdə görünəcəyəm. “Bir bahar axşamı” konsertinin libasları da bahar ab-havalı olacaq. Keçən dəfəki konsertimdə qızımın eskizləri əsasında bir libas geyinmişdim. Bu dəfə də qızımın mənə səhnədə sürprizi olacaq. Hələ ki, bu sürpriz barədə danışmaq istəmirəm. Gələrsiniz, görərsiniz”.
Cəvahir
Foto:Rəşad Abbasov
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI