Azərbaycanlı modelyerin geyimi dünya çempionunun əynində - FOTOLAR\VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı modelyerin geyimi dünya çempionunun əynində - FOTOLAR\VİDEO

Türkiyədə fəaliyyət göstərən həmyerlimiz dizayner Rüfət İsmayıl Ali Behnam Baktiharilə birlikdə 2015-ci il üçün hazırladığı yeni kolleksiyasını İtaliya, İran, Türkiyədən sonra Birləşmiş Ərəb Əmirliklərində təqdim edib.

Dubayda təşkil olunan dəb şousunda Rüfətin müəllifi olduğu geyimləri tanınmış modellərlə yanaşı, dünya çempionu Çağan Atakan Arslan podiumda nümayiş etdirib.

Bununla yanaşı “AFFFAİR” adı altında təqdim olunan markanın yeni yaz-yay kolleksiyasının video çarxı hazırlanıb. Çəkilişlərdə Nyu-York, London və Parisdə fəaliyyət göstərən model İsha Blaaker və Paris və Milanda çalışan Simon Adde iştirak edib.

Qeyd edək ki Rüfətin müəllifi olduğu brendin yaz-yay kolleksiyasının siması isə Muay Thai üzrə beşqat dünya çempionu Çağan Atakan Arslan seçilib.

Kişi geyimlərindən ibarət kolleksiyanın foto çəkilişləri də baş tutub. Foto çəkilişdən hazırlanan material “Vogue”, “GQ” və “Mens Health” kimi beynəlxalq jurnallarının Türkiyədə dərc olunan nəşrində yer alıb.

Rüfət İsmayıl yeni kolleksiyası üçün Şərq-Qərb, Avropa-Asiya mədəniyyətlərini bir birinə bağlayan və “Dandy” stilinə gətirdiyi yenilikçi tərziylə kişilər üçün modern, fərqli elementlərdən istifadə olunmuş geyimlər hazırlayıb.

Qeyd edək ki, Rüfət İsmayılın yaradıcısı olduğu brend Milan və İstanbul dəb həftəlində təqdim olunan ilk Azərbaycan markasıdır.

Isa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm