Gülnar Salmanova: “Ayaq üstə durmağa halım yoxdur”
Bizi izləyin

Magazin1

Gülnar Salmanova: “Ayaq üstə durmağa halım yoxdur”

Şəkər xəstəliyi və böyrək çatışmazlığından əziyyət çəkən əməkdar artist, Musiqili Teatrın aktrisası Gülnar Salmanova səhhəti ilə bağlı Publika.az-a danışıb.

Böyrəklərinin dəyişdirilməsini arzulayan aktrisa bunun mümkünsüz olduğunu deyib: “Səkkiz ildən artıqdır ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Bir yandan da böyrəklərim sıradan çıxıb. Bir gün dializə getməsəm, ölərəm. Bədənim tab gətirmir, şəkər xəstəliyi məni çox geri salır. Şəkərə görə böyrəklərimi də dəyişə bilmirlər, çünki mənə əməliyyat olmaz. Həm də gərək böyrək orqanizmimə də düşsün. Oğlum indiyə qədər 7-8 adam tapıb gətirib, amma həkimlərin müayinəsindən sonra bəlli olub ki, həmin adamların böyrəyi mənə uyğun gəlmir. Gələn həftə yenidən həkimimin qəbuluna gedəcəyəm, görək nə deyir”.

Səhnədə oynamaq arzusu ilə alışıb-yandığını deyən aktrisa göz yaşlarına hakim ola bilməyib: “Sudan çıxarılıb, quruda çapalayan balıq kimiyəm. Mən səhnə adamıyam, yeni rollar oynamaq istəyirəm. Amma ayaq üstə durmağa halım yoxdur, səhnədə necə oynaya bilərəm? Bu xəstəlik mənim bütün arzularımı, həyatımı, sənətimi yarımçıq qoydu. Mən indi yarımcanam”.

Sənət dostlarından razılıq edən Gülnar Salmanova onlardan hər zaman dəstək gördüyünü dilə gətirib: “Sənət dostlarım həmişə mənə zəng edir, baş çəkir, hal-əhval tuturlar. Mənə təsəlli verirlər ki, tezliklə səhnəyə qayıdacaqsan. Mən də o ümidlə yaşayıram. Ümid sonda ölür axı”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm