Rejissor Roza Zərgərlidən danışdı
Bizi izləyin

Magazin1

Rejissor Roza Zərgərlidən danışdı

Rejissor Şahin Zəkizadə çəkdiyi “100 kağız” filmində təmənnasız çəkilən aktyorlardan danışıb. Publika.az xəbər verir ki, rejissor bu haqda “Günaydın” verilişində söhbət açıb.

“Filmi başlamazdan əvvəl çoxillik dostlarıma müraciət etdim. Çox sağ olsunlar, təklifimi qəbul etdilər. Bəziləri təmənnasız olaraq bu işə razılaşdı. 52 nəfərlik aktyor heyəti ilə işlədik. Hətta 2 kəlməlik taksi sürücüsü obrazı üçün aktyorlardan istifadə etdik. Yəni, filmdə bu sənəti bilən peşəkar aktyorlar çəkiliblər. Filmdə müğənni obrazı var idi. İstədim ki, bu sahədə təhsili olan insan ilə çalışım. Bu da Roza Zərgərli oldu. Və hər kəs bilsin ki, Roza xanım film çəkilişində təmənnasız olaraq iştirak etdi. Təmənnasız olaraq filmin saundtrekini ifa edib. Bu dostluq jestinə görə ona təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm