Xalq artisti özündən 30 yaş kiçik xanımından danışdı: ”Qısqanmıram”
Bizi izləyin

Magazin1

Xalq artisti özündən 30 yaş kiçik xanımından danışdı: ”Qısqanmıram”

Xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov özündən 30 yaş kiçik olan həyat yoldaşı, aktrisa Mehriban Abdullayevadan danışıb.

Həyat yoldaşını heç vaxt səhnədəki tərəf-müqabillərinə qısqanmadığını bildirən qocaman rejissor Publika.az-a bunları deyib: “Həyat yoldaşım Mehriban xanım səhnədə ən gözəl obrazları yaradıb. Bu günlərdə Gənc Tamaşaçılar Teatrında “III Riçard” tamaşasında ingilis kraliçası Yelizavetta rolunu oynayıb. Onun oyunu çox möhtəşəm idi. Mən bir rejissor kimi hər zaman xanımımın səhnədəki oyununu yüksək qiymətləndirmişəm. Heç vaxt xanımımı səhnədəki tərəf-müqabillərinə qısqanmamışam. Çünki uzun illərin rejissoruyam, çoban deyiləm ki, onu aktyor yoldaşına qısqanım. Əksinə, mən həmişə ona dəstək vermişəm. Çünki mən bilirəm ki, aktrisa səhnədə sərbəst olmalı və rejissorun tapşırıqlarına əməl etməlidir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm