Rusiyada döyülən Vüqar Muradov: “Şərini üstümə atmışdı” - ÖZƏL
Bizi izləyin

Magazin1

Rusiyada döyülən Vüqar Muradov: “Şərini üstümə atmışdı” - ÖZƏL

Bir neçə həftə bundan öncə Rusiyada döyülən müğənni Vüqar Muradov yaxın zamanlarda onu döyərək təhqir edən insanların cəzalandırılacağını deyib.

Publika.az-a bu barədə danışan müğənni söhbət əsnasında bəzi məqamlara da aydınlıq gətirib.

- Vüqar, təzə nə xəbər var, eşitdik səni döyənlərdən bir neçəsi həbs olunub?

- Yalan söhbətdir, cəmi biri Rusiyada həbs olunub, o da təzə xəbər deyil. Amma yaxın zamanlarda cinayətkarlar öz cəzalarını alacaqlar. Buna əmin ola bilərsiniz.

- Azadlıqda gəzən qarşı tərəf barışıq üçün heç sənə elçi düşməyib ki?

- Heç buna cəsarət belə edə bilməzlər. Sən də məni bağışla, qarşı tərəf qorxusundan şalvarını… Onlar bu saat gizlənməyə siçan deşiyi axtarır. Hansı üzlə mənimlə barışmaq fikrinə düşə bilərlər, bu, mümkünsüzdür.

- Amma bir ara sosial şəbəkə vasitəsi ilə, deyəsən, səni yenidən döyəcəkləri ilə hədələmişdilər?

- Kimlərsə nəsə yazmışdı, amma biri həbs olunandan sonra öz canlarının hayındadırlar.

- Demişdin ki, həmkarın Fidan Süleymanovanın təhriki ilə səni döymüşdülər. Hazırda Fidanla münasibətiniz necədir?

- Elə əvvəlki kimi. Mən konkret olaraq demirəm ki, sifarişçi Fidandır, amma mən bilirəm ki, aranı qızışdıran odur. Çünki mən onunla insident yaşamışdım və bundan sonra guya imişlililəri təhqir etməyim barədə söz-söhbəti ortaya çıxmışdı.

- Fidan açıqlama vermişdi ki, guya sən onun anasını və özünü döymüsən?

- Ağ yalandır. Mən heç nə demirəm, Allah hamını qadınların şərindən qorusun. Mən dəhşətə gəlirəm e. Ana-bala özləri üz-gözümü cırmaq-cırmaq eləmişdilər, öz şərlərini də mənim üstümə atmışdılar. Mən, sadəcə, qızın saçından tutub kənara çəkmişdim ki, məndən aralansın.

- Demişdin ki, İmişlidə yaşayan dostların var, bu söhbətdən sonra onlarla aran dəyməyib ki?

- Bəzilərinin üzü dönmüşdü. Mənimlə soyuq davranırdılar. Hətta məndən bu söhbətin doğru olub-olmadığını da soruşdular. Amma mən həqiqəti deyəndən sonra inandılar. Dost odur ki, hər deyilən yalan sözə inanmasın. Mən də kiminsə barəsində çox söz danışa bilərəm, amma o demək deyil ki, bunlar həqiqətdir. Mənim üçün fərqi yoxdur kim hansı bölgədəndir, hamısı mənə əzizdir. Bir dənə onu deyirəm ki, Allah bütün insanları şərdən-böhtandan qorusun. Məni böhtana saldılar. Amma hamısı bircə-bircə cəzasını çəkəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm