Azərbaycanda “mutant”lar gənclərə təcavüz etdi
Bizi izləyin

Magazin1

Azərbaycanda “mutant”lar gənclərə təcavüz etdi

Azərbaycanda çəkilən “Qorxu altında” filmi kinoya yenilik gətirəcək.

Filmi çəkən “N.A Group of Media”nın moderatoru Nigar Şamilbəylinin Publika.az-a verdiyi məlumata görə, filmdə narkomaniyanın yaratdığı fəsadlardan törəyən “mutant”ların insanlara qarşı kəskin münasibətindən bəhs edilir:

“Martda “Qorxu altında” filminin 1-ci seçim turu keçirildi. Seçimə 450 nəfərdən artıq iştirakçı qatıldı və münsiflər heyəti iştirakçıların arasından 97 nəfəri seçərək aprel ayının 4-nə nəzərdə tutulan 2-ci tura dəvət etdilər. 2-ci tur seçimində də ələnən iştirakçılardan yalnız 50 nəfər filmdə rol almaq şansını qazana bildi. Azərbaycan kinosunda yeni janr olan bu filmin ssenari müəllifi və quruluşçu rejissoru Namiq Əlioğludur”.

Filmin süjetinə gəlincə, ad gününü qeyd etmək üçün meşəyə gedən gənc orada yaşayan “honibal mutant”ların təcavüzünə məruz qalır və yaşamaq üçün mübarizə aparmağa başlayırlar. Həyatda əyləncə üçün yaşayan gənclər sağ qalmaq uğrunda mübarizə prosesində həyatı dərk etməyə başlayırlar. Bu filmin verdiyi əsas ismarış da bundan ibarətdir: insan həyatın dəyərini anlamalıdır”.

N.Şamilbəyli onu da qeyd edib ki, “Qorxu altında ” filminin Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində çəkilməsi planlaşdırılıb:

“Çəkilişlər may və iyun ayları üçün nəzərdə tutulub. Sentyabr və ya oktyabr aylarında isə filmin kinoteatrlara çıxacağı gözlənilir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm