Vaqif Mustafazadənin 75 yaşına hədiyyə
Bizi izləyin

Magazin1

Vaqif Mustafazadənin 75 yaşına hədiyyə

Aprelin 10-da Heydər Əliyev Sarayında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası Vaqif Mustafazadənin anadan olmasının 75 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın Publika.az-a verdiyi məlumata görə, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Qeyd edək ki, Vaqif Mustafazadənin yaradıcılığı XX əsr milli musiqi mədəniyyət tariximizin yeni parlaq səhifələrindən birini təşkil edir.

Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı və caz musiqisinin uğurlu sintezi ilə dəyərli əsərlər ərsəyə gətirmişdir. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm