Azərbaycanlı rejissorun filmi Rusiyada ajiotaj yaratdı - ÖZƏL - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı rejissorun filmi Rusiyada ajiotaj yaratdı - ÖZƏL - FOTOLAR

Azərbaycanlı rejissor, “Rossiya” kanalının rejissoru Fuad Şabanov Rusiyada serial çəkib. Hələ ekrana çıxarılmayan film Rusiyada böyük ajiotaj yaradıb. Artıq filmlə bağlı Rusiyanın nüfuzlu saytları yazılar dərc etməyə başlayıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, “Düşünülməmiş həyat” adlı 16 seriyadan ibarət olan film real hadisələr əsasında ekranlaşdırılıb. 1947-ci ildə atası repressiya qurbanı olan və güllələnən bir məşhur aktrisanın həyatından bəhs edir. Filmdə hadisələr qəhrəmanın qızının dilindən nəql olunur və canlandırılır. Yekaterina adlı real qəhrəmanın başına gələn hadisələr serialın süjet xəttini təşkil edir.

Filmdə məşhur kino ulduzları olan Pavel Delonq, Andrey Çernışov, Stass Bondarenko, Karina Andolenko, Nonna Qrişeva və başqaları rol alıblar. Çəkilişlərin əsas hissəsi Sankt-Peterburqda, Bolqariyada çəkilib. Filmdə rejissor özü də rol alıb. O, atası, məşhur azərbaycanlı rejissor Rüfət Şabanovun obrazını canlandırıb.

Qeyd edək ki, uzun illərdir ki, Rusiyada yaşayıb, rejissor kimi fəaliyyət göstərən Fuad Şabanov milli kinomuzda xüsusi xidmətləri olan Rüfət Şabanov və xalq artisti, tanınmış aktrisa Elmira Şabanovanın oğludur.

Fuad Şabanovun çəkdiyi filmlər Rusiyada çox məşhurdur.

Film yaxın zamanlarda “Rossiya” kanalında nümayiş olunacaq.

Publika.az sözügedən serialdan fotoları da təqdim edir:

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm