Elza indi də rəssamlıq eşqinə düşdü - FOTOLAR
Bizi izləyin

Magazin1

Elza indi də rəssamlıq eşqinə düşdü - FOTOLAR

Əməkdar artist, “İlin şairəsi” mükafatına layiq görülən müğənni, bəstəkar, şairə Elza Seyidcahan indi də rəssamlıq eşqinə düşüb. Publika.az-a açıqlamasında əməkdar artist bu istedadını bir verilişdə kəşf etdiyini bildirib:

“Verilişlərin birində qonaq idim. Orada məndən qapı üzərində rəsm çəkməyimi istədilər. Mənim dünyam musiqidir. Rəsmim də musiqi ilə əlaqəli oldu. Musiqi notlarından öz simamı yaratdım. “Sol” notu mənim dodaqlarım, ikinci oktavanın “do” notu burnum, ikinci oktavanın “mi” notu gözlərim, səkkizlik notların ucları isə saçlarımdır. Skripka isə ürəyimin açarıdır. Talismanım isə ürəkdir. Bütün rəsm əsəri ürəyin içərisindədir. Sonda da öz imzamı qoymuşam. Hətta bəziləri bu cızma-qaramın Salvador Dalinin əsərləri kimi tarixə düşəcəyini bildirdi. Mahnı bəstələyirdim, buna görə məni daşa basırdılar. Sonra öz mahnılarımı oxumağa başladım. İrad tutdular ki, gül kimi bəstəkarsan, nəyinə lazım müğənnilik: “Sən elə bəstəkar kimi yaxşı idin”. Yaxşı ki, oxudum. Mahnılarımı oxuyub qazanır, mənə pul da vermirdilər. Heç adımı belə çəkmirdilər, təşəkkür etmirdilər. Bu sahədə uğur qazanıb, əməkdar artist adına layiq görüldüm. Başladım şeir də yazmağa. Bu dəfə də “gül kimi müğənnisən, nəyinə lazım şeir yazmaq. Sən şeir yazma”, - dedilər. Amma mən “İlin şairi” mükafatına layiq görüldüm. İndi də başlamışam rəssamlığa. Qoy indi də desinlər ki, gül kimi şairliyin var, nəyinə lazımdır rəssamlıq”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm