Yasin Qarayev: “Məni geridəqalmış sayırlar”
Bizi izləyin

Magazin1

Yasin Qarayev: “Məni geridəqalmış sayırlar”

Xalq artisti Yasin Qarayev giley-güzar edib.

Fikirlərini Publika.az-la bölüşən aktyor keçmişi xatırlayıb:

“Əvvəllər biz teatrda bir tamaşa üzərində aylarla məşq edərdik. Hətta beş aya qədər uzanan tamaşalar olurdu. 3-4 aydan tez tamaşa təhvil verməzdik. Ustad rejissorlarımız işə çox məsuliyyətlə yanaşırdılar. Aktyor roluna hazırlaşmaq üçün arayırdı-axtarırdı, canlandıracağı rolun xarakterini öyrənirdi. Buna görə də ortaya çıxan səhnə əsəri keyfiyyətli və baxımlı olurdu. Amma bu gün tamam fərqlidir. Bir tamaşa bir həftəyə başa gəlir. Hətta aktyor ona həvalə olunan rolun xarakterindən belə xəbərsiz olur. Naşı vəziyyətdə səhnəyə çıxır və mexaniki şəkildə ona tapşırılan rolu təqdim edir”.

Aktyor indiki rejissorların sözə baxmadığını söyləyərək, onların məsləhəti qəbul etmədiyindən də narazılıq edib: “Bəzən rejissora məsləhət verirsən ki, axı, bir həftəyə tamaşa hazırlamaq olmaz, xoşuna gəlmir. Deyir ki indiki üsul belədir. Məni geridə qalmış aktyor sayırlar və indiki sürət əsri ilə ayaqlaşmadığımı deyirlər. Buna görə də məcburiyyət qarşısında susuram”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm