Magazin1
Yeni bədii filmin çəkilişləri başlayır
Dünyanın məşhur döyüş ustası və aktyoru Brüs Linin
yalnız xarici görkəmcə deyil, həmçinin hərəkətləri ilə qüsursuz
bənzəri olan 21 yaşlı Əfqanıstan vətəndaşı Abbas Əlizadə ilə
Azərbaycanın populyar aktyoru Elməddin Cəfərovun baş rollarda
çəkiləcəyi bədii filmin seçim turları başlayır.
Publika.az-a bu barədə layihənin mətbuat katibi Fuad Mədətovun verdiyi məlumata görə, əvvəl şərti adı “Elli”, hazırda isə dəqiq adı “Brat Li” olan komediya janrında çəkiləcək bədii filmin aktyor və aktrisa seçimləri (kastinq) Bakıda Bakı Slavyan Universitetinin əsas korpusunda keçiriləcək.
Seçimlərdə 18 yaşdan 55 yaşadək hər bir şəxs iştirak edə bilər.
Filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru, ssenari müəllifi Nicat Rzazadə və rejissoru Ruslan İsmayılovdur.
Filmin bütün texniki işləri xarici ölkələrin birində həyata keçiriləcək. Komediya janrında olan filmin çəkilişləri Bakıda, İsmayıllıda və Şəkidə aparılacaq. Film Azərbaycan, Əfqanıstan, Türkiyə və MDB ölkələrində nümayiş olunacaq.
İsa Şükürov
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi