Nigar Camal Eldarın qardaşının toyuna gəlmədi
Bizi izləyin

Magazin1

Nigar Camal Eldarın qardaşının toyuna gəlmədi

Azərbaycana “Euroivison” qalibiyyəti qazandıran Eldar Qasımovun qardaşı Murad Qasımov subaylığın daşını atıb. Publika.az xəbər verir ki, bu münasibətlə ötən gün paytaxtın şadlıq evlərindən birində baş tutan toy mərasimində qohumlarla yanaşı, Eldarın yaxın dostları da iştirak edib.

Qardaşının xoş gününə sevinən və sevincinə ortaq olan dostlarının yüksək səviyyəli iştirakından məmnun qalan müğənni Eldar Qasımov sosial şəbəkədə belə yazıb:

“Mən səni çox sevirəm. Bu gecə fəxr edirəm. Qardaşımın toyudur. İnana bilmirəm. Dostlar, xoşbəxt olun”.

Məlumat üçün qeyd edək ki, 2011-ci ildə Eldar Qasımov və Nigar Camal “Running scared” mahnısı ilə Azərbaycana qalibiyyət qazandırıb. Maraqlısı odur ki, Eldarın qardaşının toyunda iştirak edən dostları arasında Nigar Camal olmayıb.

Publika.az toydan fotoları təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm