Xoşqədəm Hidayətqızı verilişinin tam hüququnu tələb edir
Bizi izləyin

Magazin1

Xoşqədəm Hidayətqızı verilişinin tam hüququnu tələb edir

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı mətbuat konfransında ATV rəhbəri Vüqar Qaradağlı ilə bağlı da maraqlı açıqlamalar verib.

Publika.az-ın məlumatına görə, teleaparıcı 3 gün ləngiməsinin səbəbini məhz verilişin “Şəhadətnamə”sini ATV-dən ala bilməməsi ilə izah edib:

“Beş il ərzində dünyanın hər yerindən 68500 məktub almışdıq. Bu veriliş çox sevilirdi. ATV rəhbəri Vüqar Qaradağlı mənə dedi ki, apreldən başlayaraq veriliş yayımlanmayacaq. Vüqar Qaradağlı neçə gündür ki, verilişin sənədlərini mənə vermək istəmirdi. Söhbət mənim marağımdan deyil, yüzminlərlə insanın ah-naləsindən gedir. Mən layihənin müstəsna müəlliflik hüququna malikəm. Gəlirin 50 faizi mənim olmalıdır, amma indiyədək mənə heç nə verilməyib. Çünki bundan xəbərsiz olmuşam. ATV-dən çıxmaq fikrində deyildim. Amma buna məcbur oldum”.

X.Hidayətqızı 3 gün ləngimə ilə aldığı “Şəhadətnamə”nin də ona verilişin tam hüququnu vermədiyini bildirib. Onun sözlərinə görə, Vüqar Qaradağlı “Səni axtarıram”ın tam hüququnu verməkdən imtina edib. Sənədə əsasən, veriliş hazırda paylı mülkiyyət formasıdır:

“Vüqar Qaradağlı dedi ki, harada istəyirsən, get, verilişi aç, ancaq bütün hüquqları sənə verməyəcəm”.

İsa Şükürov

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm