Ayan Xoşqədəmi bəhanə edib öz gününə ağladı - FOTOLAR
Bizi izləyin

Magazin1

Ayan Xoşqədəmi bəhanə edib öz gününə ağladı - FOTOLAR

Xoşqədəm Hidayətqızı və ATV telekanalının rəhbəri Vüqar Qaradağlı arasında döyüş iki cəbhə arasında getsə də, bu döyüşdən istifadə edib özünü gündəmə gətirmək istəyənlər də tapılıb. Necə deyərlər, suda boğulan saman çöpündən də yapışır. Bu dəfə suda boğulan isə gənc müğənni Ayan Babakişiyevadır. Son zamanlar gündəmi ələ ala bilən mahnısı olmayan müğənni açıq-saçıq geyimləri ilə tədbirlərdə iştirak edirdi. İndi də müğənni gündəm xəbəri ilə özünü xatırlatmağı bacarıb.

“Bir il bundan öncə mənə qarşı haqsızlıq edildi, amma susdum. Amma indi Xoşqədəm xanıma dəstək olmağı özümə borc bildim. O heç nəyə baxmadan hər şeyi gözə alaraq yüzlərlə insanı, gözü yaşlı ananı, bir-birindən illərlə uzaq düşənləri qovuşdurub. İndi haqsızlığa uğrayır. Vüqar Qaradağlı ATV kanalını özünün şəxsi mülkiyyəti hesab edir və sifarişli qadağalar qoyur. Niyə? Övladımın atası, hansısa bir məmur mənə qadağa qoyur ki, bu kanala çıxmayım. Mən susuram. Ona görə ki, mənəviyyatım, tərbiyəm, qürurum buna icazə vermir. Amma bu məmur bu gücü hardan alır? Mən də bu ölkənin vətəndaşıyam və düşünürəm ki, hər bir azərbaycanlı kimi öz ölkəmdə yaşamaq mənim də haqqımdır”.

Qeyd edək ki, Ayan Babakişiyeva 7 il nikahdan kənar evli bir şəxslə birlikdə yaşayıb. Övladı doğulduqdan sonra həmin şəxs onunla evlənməkdən imtina etdiyi üçün bu məsələni mətbuata ifaçı özü çıxardıb.

Jalə Ağayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm