Hüsnü Şənləndirici İradəyə “Neyləyək, alınmadı” dedi
Bizi izləyin

Magazin1

Hüsnü Şənləndirici İradəyə “Neyləyək, alınmadı” dedi

Türkiyənin tanınmış klarnet ifaçısı Hüsnü Şənləndirici müğənni İradə İbrahimovanın repertuarından “Neyləyək, alınmadı” mahnısını ifa edib.

Mahnının müəllifi Vaqif Gərayzadədir.

Publika.az-ın məlumatına görə, bu günlərdə musiqiçinin Türkiyədə klubların birində konsertinə qatılan azərbaycanlı DJ Fateh həmin kompozisiyanın canlı ifasını video lentə köçürüb.

O, bununla bağlı fikirlərini də bölüşüb: “Bu mahnı səslənərkən, səsli-küylü zal bir an susdu. Hamı musiqinin sədaları altında sükuta qərq olmuşdu. Öyrəndim ki, Hüsnü bu kompozisiyanı çox sevir və hər çıxışı hərarətlə qarşılanır. Həmin konsertdə ən çox alqış toplayan məhz bu çıxışı oldu”.

Qeyd edək ki, “Youtube” yerləşdirmələrinin birində Hüsnü Şənləndirici SNN Türk kanalında da bəstəni canlı ifa edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm