Məşhur gürcü rəssamı Bakıda sərgi açır
Bizi izləyin

Magazin1

Məşhur gürcü rəssamı Bakıda sərgi açır

Bakıda fəaliyyət göstərən “Kukla” art qalereyasının fəaliyyətinin iki ili tamam olur. Bu münasibətlə aprelin 17-də Milli İncəsənət Muzeyində tanınmış gürcü heykəltəraşı və rəssamı Tamara Kvesitadzenin fərdi sərgisi keçiriləcək.

Publika.az-ın məlumatına görə, Tamara Kvesitadzenin fərdi sərgisi aprelin 30-dək davam edəcək.

Məlumat üçün qeyd edək ki, rəssam 1968-ci ildə Tbilisidə anadan olub. Tbilisi Texniki Universitetinin memarlıq bölümünü bitirib. 1996-2000-ci illərdə ABŞ-da çalışıb. Əsərləri Almaniya, Fransa və digər ölkələrdə müxtəlif beynəlxalq sərgilərdə, Venesiya biennalesində, Nyu-Yorkda CMF qalereyasında nümayiş etdirilib. Özünün studiyası (Tamara Studio) olan rəssam hazırda Amerikada yaşayır.

Tamara Kvesitadzenin ən məşhur əl işlərindən biri Qurban Səidin “Əli və Nino” əsərinin qəhrəmanlarına həsr etdiyi “Məhəbbət” heykəlidir. Heykəl Batumidə ucaldılıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm