Əməkdar artist: “Siyahıda adını görməyəndə...”
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Siyahıda adını görməyəndə...”

Əməkdar artist, Gənc tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayeva indiki aktyorların teatrdan daha çox seriallara çəkilmək arzusundan danışıb.

Publika.az-a açıqlama verən aktrisa keçmişi xatırlayıb: “Biz əvvəllər teatrda asılan rol siyahısına baxıb orda adımızı görməyəndə narahat olurduq. Çünki səhnədə oynamaq üçün əldən-ayaqdan gedirdik. Bizim üçün fərqi yox idi, böyük roldur, kiçik roldur, az pul alacağıq, ya çox. Bir dərdimiz vardı, o da səhnədə oynamaq. Amma indi baxıb görürəm ki, cavanlar rol siyahısında adını görməyəndə sevinir. Deyirlər ki, yaxşı ki, yeni tamaşada rolumuz yoxdur, gedib serialda çəkiləcəyik. Serial, dublyaj onlara da maraqlıdır, çünki qazanc barədə daha çox düşünürlər. Əslində bu, normaldır. Amma səhnədə də aktrisa özünü sınamalıdır”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm