Röya: “Oğlumu da götürüb Azərbaycanı tərk edəcəm” - VİDEO
Bizi izləyin

Magazin1

Röya: “Oğlumu da götürüb Azərbaycanı tərk edəcəm” - VİDEO

Uzun fasilədən sonra Röya ilk dəfə ANS TV-nin efirində qonaq olub.

Publika.az xəbər verir ki, müğənni bu dəfə Ülviyyə Alovlunun “Əslində mən” verilişində şəxsi həyatı ilə bağlı sualları cavablandırıb, boşanmasının səbəblərini ilk dəfə açıqlayıb:

- Əsəblərimə görə Türkiyədə müalicə alıram. Psixoloqumun dediyi bir söz mənə çox təsir etdi. O, mənə dedi ki, sən uşaqlığını tam yaşamadığın üçün indi belə stresslər keçirirsən. Mənim indiki çılğınlığım, ailəmə son qoymağım uşaqlığımın məndə qoyduğu izlərdi. Mən anamı da, atamı da çox istəyirəm. Heç bir küskünlüyüm yoxdur. Xatırladım ki, anamla atam 10 il küskünlükdən sonra barışıblar…

…Artıq mən rəsmən boşandım. Biz artıq başqa dövrdə yaşayırıq. Ancaq Allahın yazdığından da qaçmaq olmaz. Biz ayrılsaq da, çox yaxşı münasibətimiz var. Aramızdakı hörməti davam etdiririk. Ona görə də övladımız da rahatdır…

Röya aparıcının, “doğrudanmı ailə sevgini öldürür”, sualına belə cavab verib:

- Bəlkə də uşaq o sevgini öldürür!? Uşaq doğulur, sən artıq övladını sevməyə başlayırsan. Uşaq dünyaya gəldikdən sonra kişi sənə qız kimi yox, qadın kimi baxmağa başlayır. Bəlkə də mən onun adiləşməsini görmək istəmədim. Mən artıq bu mövzunu bağlamışam. Bu sevgi bitsə də, arxasında böyük hörmət və övladımız var. Mən çox xoşbəxt qadınam. Çünki mən o cür sevgi məcarası yaşamışam. Mənimlə həyat yoldaşımın münasibəti çox sakit bitdi. Aramızda heç bir narazılıq olmadı. Mən azad qadınam. Mən bunu anladım. Mən gərək vətəndaş nikahında yaşayardım. Gərək Bakının yarısı mənim olsun ki, mən susum.

…Artıq mənim oğlum və başqa arzularım var. Mən maddi tərəfləri də düşünürəm. Qoy övladım 3-cü sinifə çatsın. Onu göndərəcəm xaricə oxumağa. İstəyirəm oğlum fərqli və savadlı olsun. Hər ana kimi mənim də arzum var. Bütün bunları da pul həll edir.

…Mən çox ağıllı qadınam. Hər şeyi düz etmişəm. Mən sevgini də, ayrılığı da gözəl yaşadım. Mən heç kimin adına və puluna görə yox, öz istəyimlə övladımı dünyaya gətirdim. Heç nədən mən Röya yaratdım. Mən təsdiqlədim ki, Röyanın daxilindəki qız çox ağıllıdır. Bu gün öz ayaqları üstündə duran iki insan varsa onlardan biri mənəm.

…Mən kinli qızam. Sadəcə Röyanın yaddaşı yoxdur. Mənə pislik edənə pislik edirəm, yaxşılığa yaxşılıq.

Yenidən ailə həyatı qurmasına gəlincə, müğənni, bu barədə düşünmədiyini bildirib:

- Mən özüm kişi kimi insanam. Bundan sonra kiminləsə yaşaya bilmərəm. Əsəblərim yerində deyil. Gündə 7-8 dərman qəbul edirəm. Buna hansı kişi dözər? 25 yaşımda da dul qalsaydım yenə də ailə qurmazdım.

Röya səhnə fəaliyyəti ilə bağlı hər hansı bir problem yaranarsa atacağı addımlara da aydınlıq gətirib:

- Mənə oxuma desələr oğlumu da götürüb gedərəm. Mən burada heç kimə inanmıram. Heç məni sevənlərə də. O qədər vəfasızıq ki. Elə insanlar unudulub ki, onların yanında mən kiməm ki!? Əgər bilsəm ki, bu gün məndə hər şey bitdi, oğlumu da götürüb bu ölkəni tərk edəcəm. Mən bu sözbazların içində oturmaram. Bu dedi - qodularla yaşaya bilmərəm. Oxumasam, nüfuzum düşsə və bu müzakirəyə çevrilsə, buna dözə bilmərəm. Onda ya gərək mən kimi isə öldürüb qatil olam, ya da gərək intihar edəm oğlum tək qala. Başqa cür alınmaz.

Aysu Ağayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm