Xalq artistləri ideya oğurlğunda ittiham olundu
Bizi izləyin

Magazin1

Xalq artistləri ideya oğurlğunda ittiham olundu

Azərbaycan şou-biznesində yeni qalmaqalın təməli qoyulub. Türkiyədə 1960-cı illərin hiti olan "Unutulur" mahnısı azərbaycanlı sənətçiləri iki cəbhəyə bölüb.

Müğənni Rauf Bədəlzadə Publika.az-a açıqlamasında, xalq artistləri Brilliant Dadaşova ilə Zülfiyyə Xanbabayevanı ideya oğurluğunda ittiham edib.


"Mən Nadirlə bu mahnını ötən il duet şəklində ifa etmişəm. Bu ideyanı Nadir Qafarzadənin mətbuat katibi verib. Mahnını Türkiyədə aranjeman etdirmişik. Daha sonra bu mahnıya klip çəkdirmək fikrimiz var idi, sadəcə mənim başım şəxsi işlərimə qarışdığından, Nadirin də işlərinin çoxluğundan bir müddətlik klipi saxlamalı olduq. Amma bu yaxınlarda proqramlardan birində gördüm ki, Brilliant Dadaşova deyir ki, mənim Nadirlə oxuduğum "Unutulur" mahnısını tələbəlik illərindən Zülfiyyə xanımla ifa ediblər. Xeyr, bu belə deyil, mən oxuduqdan sonra onların yadına düşdü. Onlar bu ifanı bizdən bir neçə gün sonra ifa ediblər. Mən bunu açıq deyə bilərəm ki, onlar bizim layihəmizi oğurlayıblar".

Rauf Bədəlzadə və Nadir Qafarzadə "Unutulur" mahnısını keçən ilin may ayında duet yazdırıblar. İyun ayından isə mahnı radiolarda səslənib. Brilliant Dadaşova isə bu ilin yanvar ayında şou proqramlarım birində sözügedən mahnıdan söz açaraq, Zülfiyyə Xanbabayeva ilə çoxdan duet oxumaq fikrində olduqlarını deyib: ""Unutulur" qədim türk mahnısıdır. Biz bu mahnını tələbəlik illərindən zümzümə etmişik. Bu yaxınlarda klip çəkib təqdimat eləyəcəyik. Biz verilişlərdə oxuduq, daha sonra Nadir və Rauf bizi eşitdi, gedib duet hazırladılar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm